Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub
Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.
Liderxeber.az xəbər verir ki, Aslan Əmiraslanov birdən qaldırma hərəkətində 114 kq-ı ram edərək qızıl medala sahib çıxıb.
Bundan başqa, o, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bütün rəqiblərini üstələyib. Təmsilçimiz toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.
Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
27 fevral 2023, Bazar ertəsi
Azərbaycan boksçuları Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb