Pressa.az » İdman » Şəhid Ramiq Mikayılovun əziz xatirəsinə həsr olunmuş turnir keçirilib

Şəhid Ramiq Mikayılovun əziz xatirəsinə həsr olunmuş turnir keçirilib

15 iyul 2024, Bazar ertəsi, 15:45
Şəhid Ramiq Mikayılovun əziz xatirəsinə həsr olunmuş turnir keçirilib

Qarabağ döyüşlərinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı Ramiq Mikayılovun əziz xatirəsinə həsr olunmuş turnir keçirilib.

Liderxeber.az xəbər verir ki, turnirdə MMA Federasiyasının Prezidenti Azad Əskərov, şəhidin ailə üzvləri, qazilər, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, tədbirin təşkilatçıları MMA üzrə 2 qat dünya çempionu, 1 qat Avropa Çempionu və Beynəlxalq Turnirlərin qalibi Cəfər İsmiyev, MMA üzrə 1 qat dünya çempionu Ruslan Məmmədhəsənov və 4 qat Azərbaycan Grapplig üzrə çempion, 4 qat MMA üzrə Azərbaycan Çempionu, Professional MMA üzrə 9 dəfə qələbə qazanan, Kunfu-sanda üzrə 80 kq-da Dünya kəmərinin sahibi hal hazırda Şəhid Babək döyüş klubunun rəhbəri Elvin Abbasovdur.