Pressa.az » Ölkə » Mirtalıblı Group tərəfindən mükafatlandırma mərasimi keçirilib

Mirtalıblı Group tərəfindən mükafatlandırma mərasimi keçirilib

13 iyul 2024, Şənbə, 13:42
Mirtalıblı Group tərəfindən mükafatlandırma mərasimi keçirilib

Mirtalıblı Groupun “Azerbaijan Best Awards” mükafatlandırma tədbiri yenə hamını heyran etdi.

Möhtəşəm tədbir ilə Mirtalıblı Group yenə aləmə səs salmağı bacardı. 2016-cı ildən bu yana yüksək səviyyədə təşkil olunan “Azerbaijan Best Awards” mükafatlandırma tədbiri bu dəfə də şəhərin ən prestijli otellərindən olan JW Absheron Marriottda baş tutdu.

Tədbirdə eyni zamanda “Azerbaijan Best Awards” jurnalının 3-cü sayının təqdimatı da keçirildi. Jurnalda Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş Mirtalıblı Group tərəfindən təşkil olunan tədbirlər işıqlandırılmışdır.

4 iyulda keçirilən tədbir bu dəfə fərqli format ilə təşkil olunmuşdu.

Tədbirdə zəhmət çəkmiş digər bir şəxs isə tədbirin layihə rəhbəri rəssam Mehriban Alışova oldu.

Sahələrinin ən yaxşılarını seçib onlara hər zaman motivasiya verən Mirtalıblı Group və  layihə rəhbəri Mehriban Alışova bu dəfə həmin şəxsləri instagramda baş tutan səsvermə vasitəsilə təyin etdi.

Milli Məclisin deputatı, Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti Vüqar İskəndərov da tədbirdə iştirak etdi və fəxri qonaq olaraq mükafatla təltif olundu.

Ədalətlə baş tutan səsvermənin nəticəsində qalib olan şəxslərə tədbirin  qala gecəsində Baş Münsif Partnyorlar və Münsif Partnyorlar tərəfindən səhnədə mükafat və bir-birindən dəyərli hədiyyələr təqdim olundu.

İlkin olaraq tədbirin layihə rəhbəri kimi tanınan Mehriban Alışovaya , Mirtalıblı Group tərəfindən mükafat verildi.

Tədbirin Baş Münsif Patnyorları parapsixoloq, yaşam koçu, metafizik Həsən Həsrətli,

"Milvus Psixologiya və İnkişaf Mərkəzi"nin rəhbəri, psixoloq Lalə Məmmədrzayeva,

"Faros Psixoloji Nitq Mərkəzi"nin rəhbəri, psixoloq Tamara Məmmədrzayeva,

"4Cult.az" şirkətinin rəhbəri Roman Sanayev,

"Azlab medical Group"un rəhbəri Əziz Rüstəmov,

"Azart Group"un rəhbəri Arif Zeynalov,

"Rosi Bebek Sonsuzluq Müalicə Mərkəzi"nin direktoru Yeganə Əliyeva,

"Adelina Cosmetics" brendinin rəhbəri Günel Bayramova,

"Avtoman MMC"-nin rəhbəri Elnur Allahverdiyev,

“One Clikc” smm şirkətinin rəhbəri Aysel Hacıyeva,

Bakı Dövlət Universiteti Nitq Mədəniyyəti kafedrasının müdiri, professor, dilçi, alim İlhamə Hacıyeva idi.

Münsif Patynyorlar isə “Aqat Silver” brendinin direktoru, iş insanı Aslan Abbaszadə,

iş qadını, “Lazer Sky” gözəllik mərkəzlərinin rəhbəri Könül Əhədova,

ən böyük dərman şirkətlərindən olan "Unity Company",

“One Day” sistemi ilə fəaliyyət göstərən "Lovely Dent" klinikası,

jurnalist, big.az və sonxəbər.az saytlarının rəhbəri Emil Əkbərov,

peşəkar kosmetoloq Mehriban Da Costa,

"Rafa Group MMC"-nin rəhbəri Zaur Vəliyev,

estetik həkim Gündüz Bayram,

"Saxara" Gözəllik Mərkəzlərinin rəhbəri Sərxan Qulamov,

"SaRus Kids" uşaq bağçasının direktoru Zinyət Mirzəyeva,

"The Fashion Academy"nin direktoru Mənzər Zəkizadə,

Express Xəbərlərin direktoru Fərid Hüseynov,

"By Reva Accessories" brendinin direktoru Rəvanə Telmanqızı tədbirin münsif partntyorları arasında idi.

Mükafatçılar da bir-birindən dəyərli insanlar, parlaq peşə sahibləri idi:

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərtac Dövlət İnformasiya Agentliyinin İnsan Resursları və Hüquq Departamentinin müdiri Esmira Tağıyeva,

Azərbaycan Dövlət İnformasiya Agentliyi-"Azərtac",

Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssislərindən biri Aynur Bağırzadə,

"Meta" Şirkətinin direktor müavini Zülfiyyə Şahinqızı,

"Leila Events" Şirkətinin təsisçisi və direktoru Leyla Əliyeva,

kosmetoloq Necla İbrahimova,

"Salon 1.0" rəhbəri Qara Əliyev,

stilist Rza Köçəriyev,

"Elegant Pərdə Salonu"nun direktoru,

iş insanı Elay Əmiraslanov,

"Highboost" Restoranının direktoru Azad Hacıyev,

həkim trixoloq Roza Bayram,

“Azərişıq ASC”nin “ASAN XİDMƏT”lə  İş Departamentinin baş mütəxəssisi Nərmin Şabanqızı,

"Ələddin MMC"-nin icraçı direktoru və hüquqşünası,

xeyriyyəçi iş xanımı Arzu Fərəcova,

PR menecer, jurnalist Zəminə Rüstəmova,

"Kamilla Beauty and Spa",

"Deniz Wedding",

cərrah-həkim ginekoloq Günay Hacıyeva,

cərrah mama ginekoloq Pərvin Mikayılzadə,

"Narınc Psixologiya Mərkəzi",

"Kaddeh Baku",

"Kryolan Baku"nun direktoru, iş insanı Ruslan Sanıyev,

Qaydasız döyüş üzrə  Azərbaycan MMA idmançısı Tofiq Musayev,

"Basqal Resort & Spa",

"Lankaran Springs Resort",

"Quba Palace",

aktrisa Ülviyyə Xəlilbəyli,

make up artist Mətanət Qədirova,

"TERRA LEONE" alkoqol brendi,

Dj Ax.
Azərbaycan mədəniyyətinin əvəzsiz nümayəndələri - xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti. Mələkxanım Eyyubova, sevilən rok ifaçı Mərdan Kazımov, Eurovision Mahnı Müsabiqəsində Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov, məşhur müğənni  Samira Ali Maryam, milyonların sevimlisi olmuş ifaçılar Madteen və Rəssam, xoş avazlı ifaçımız Leyla Rəhimova, rejissor, klipmeyker, prodüser Nail Naiboğlu, 27 ildir Azərbaycanın milli xalq və dünya rəqslərinin təmsilçisi, 15 ilə yaxındır isə milli dəyərlərimizi özündə əks etdirən xına mərasimlərinin təşkilatçısı Fatimə Fətəliyeva və Azəri Atəşi rəqs qrupu öz iştirakları ilə tədbirə rəng qatdılar və mükafat ilə təltif olundular. Tədbir təşkilatçılığı ilə bir brendə çevrilmiş, ən səviyyəli və keyfiyyətli tədbirləri ərsəyə gətirərək özünü sübut etmiş Mirtalıblı Group bu dəfə də fərqini göstərərək böyük bir işə imza atdı.