İki klubumuz 8 il sonra avrokubokların pley-off mərhələsində!
Zirə” klubu tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Liderxeber.az xəbər verir ki, Rəşad Sadıqovun komandası bu gün “Osiyek”ə (Xorvatiya) qarşı görüşdə rəqibi üstələyib. Bu komandaların ilk matçı 1:1, Bakıdakı cavab qarşılaşmasının əsas və əlavə vaxtı isə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini məğlub edən (2:1) “Zirə” növbəti mərhələyə adlayıb.
Beləliklə, bu mövsüm Avropa kuboklarının pley-off mərhələsində Azərbaycanın 2 klubu yarışacaq. “Zirə” KL-də, “Qarabağ” isə Çempionlar Liqasının təsnifat mərhələsinin sonuncu - 4-cü raundunda oynaya biləcək.
“Zirə” Omoniya" (Kipr), “Qarabağ” isə “Dinamo” (Xorvatiya) üz-üzə gələcək.
Qeyd edək ki, son dəfə Azərbaycanın 2 klubu avrokubokların pley-off mərhələsində 2016/17 mövsümündə çıxış edib. 2016-cı ilin yayında “Qarabağ” və “Qəbələ” əvvəlcə Avropa Liqasının pley-off, sonra isə qrup mərhələsinə vəsiqə qazanıb.