Pressa.az » İdman » “Qalatasaray” “Yanq Boyz”a qarşı - Bu gün 3 oyun var

“Qalatasaray” “Yanq Boyz”a qarşı - Bu gün 3 oyun var

27 avqust 2024, Çərşənbə axşamı, 10:05
“Qalatasaray” “Yanq Boyz”a qarşı - Bu gün 3 oyun var

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. 

Liderxeber.az xəbər verir ki, ilk oyun günündə “Qalatasaray” “Yanq Boyz”u, “Zalsburq” “Dinamo Kiyev”i, “Sparta Praqa” isə “Malmö”nü qəbul edəcək.

Hər üç görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

Qeyd edək ki, pley-off mərhələsinin görüşlərinə avqustun 28-də yekun vurulacaq.

27 avqust 

UEFA Çempionlar Liqası 

Pley-off mərhələsi 

Saat 23:00, “Qalatasaray” – “Yanq Boyz”

Saat 23:00, “Zalsburq” – “Dinamo Kiyev” 

Saat 23:00, “Sparta Praqa” – “Malmö”