Avropa Kuboku: Azərbaycan komandası Fransa təmsilçisini məğlub edib
“Azərreyl”in çimərlik voleybolu üzrə kişilərdən ibarət komandası klublararası Avropa Kubokunda (Beach Volley European Cup) Fransanın “Re Beach” kollektivini iki oyunda məğlub edib.
Liderxeber.az-ın məlumatına görə, təmsilçimiz Monpelye şəhərində baş tutan turnirdə meydan sahiblərini hər iki qarşılaşmada 2:1 hesabı ilə üstələyib.
Daha əvvəl “Azərreyl”in qadınlardan ibarət kollektivi Avstriyanın “Berqstrand Beachvolleyball” klubuna iki matçda da şans verməyib - 2:0.
Kişilər və qadınlardan ibarət komandalarımız bu gün Sloveniya təmsilçisi “BVC Ludus” ilə üz-üzə gələcəklər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 sentyabr 2024, Çərşənbə
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla üz-üzə gələcəklər
13 sentyabr 2024, Cümə
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri III turun görüşlərini keçirəcək