Pressa.az » İdman » Azərbaycan təmsilçisi "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb

Azərbaycan təmsilçisi "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb

16 oktyabr 2024, Çərşənbə, 12:54
Azərbaycan təmsilçisi "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb

Azərbaycan təmsilçisi Amil Ramazanov "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb.

Liderxeber.az xəbər verir ki, o, 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə akademik avarçəkmə növündə birinci olub.

Ramazanov məsafəni 2 dəqiqə, 4.88 saniyəyə qət edib.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütü bürünc mükafat əldə edib.

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq "Mingəçevir reqatası-2024"ə start veriləcək.

Liderxeber.az xəbər verir ki, turnir Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.

Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.