Pressa.az » İdman » İngiltərə klubunun futbolçusu hakimə etirazına görə 8 oyunluq cəzalandırılıb

İngiltərə klubunun futbolçusu hakimə etirazına görə 8 oyunluq cəzalandırılıb

05 aprel 2023, Çərşənbə, 10:28
İngiltərə klubunun futbolçusu hakimə etirazına görə 8 oyunluq cəzalandırılıb

"Fulhem"in oyunçusu Aleksandar Mitroviç cəzalandırılıb.

LiderXəbər xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mitroviçə 8 oyunluq cəza verilib. Buna səbəb isə onun İngiltərə kubokunun 1/4 finalında "Mançester Yunayted"lə keçirilən oyundakı davranışı olub. Futbolçunun baş hakimin qərarlarına emosional etirazı onun 40 min funt-sterlinq dəyərində cərimə olunması ilə də nəticələnib.