"Mançester Yunayted"in futbolçusu zədələnib
"Mançester Yunayted"in futbolçusu Kristian Eriksen ciddi zədə alıb.
LiderXəbər xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafəçi ayaq biləyindən zədələnib.
Eriksen aprelin sonu və ya mayın əvvəlinədək yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Kristian bu mövsüm 31 oyunda 2 qol vurub və 9 qolun ötürməsini verib.