Pressa.az » İdman » Red Bull Doodle Art müsabiqəsinin Milli Finalçısı bəlli olub

Red Bull Doodle Art müsabiqəsinin Milli Finalçısı bəlli olub

10 aprel 2023, Bazar ertəsi, 14:00
Red Bull Doodle Art müsabiqəsinin Milli Finalçısı bəlli olub

Red Bull Doodle Art müsabiqəsinin Milli Finalı keçirildi.

LiderXəbər xəbər verir ki, göndərilən 260-dan çox doodle arasından ən yaxşı cızma -qaranın sahibi Fatma Sofiyeva münsiflərin yüksək xalını toplayaraq Milli Finalçı elan olundu.

Qalibin çəkdiyi doodle yaradıcılıq qabiliyyəti, kreativlik və həyata sevgini ifadə etmə meyarlarına görə ən yüksək xal toplamağı bacarıb.

“Çəkdiyim doodle-lar mənim həyat tərzimi, izlədiyim filmlər və animeləri özündə əks etdirir. Red Bull Doole Art müsabiqəsində iştrak edib, bacarığımı göstərmək istəyirdim.”- qalib Fatma Sofiyeva bildirib.

Milli Finalçı may ayında, Amsterdamda keçiriləcək Red Bull Doodle Art Dünya Finalında Azərbaycanı təmsil edəcək. Dünya Finalı çərçivəsində digər ölkələrin milli finalçıları ilə görüş, seminarlar, eksklüziv yaradıcılıq sessiyaları ilə yanaşı, Red Bull Doodle Art 2023-ün qlobal qalibinin elanı olacaq.

Red Bull Doodle Art müsabiqəsi dünyanın 60 ölkəsində keçirilirən və yeni nəsil rəssamları kəşf edən qlobal müsabiqədir. Azərbaycanın yaradıcı gənclərinin göndərdikləri cızma-qaralar müsabiqənin keçirildiyi ölkələr arasında ən yaxşı işlər sırasına daxil olub.