Pressa.az » İdman » Benzema qərarını verdi

Benzema qərarını verdi

10 aprel 2023, Bazar ertəsi, 18:41
Benzema qərarını verdi

"Real"ın futbolçusu Kərim Benzema daha 1 il Madrid təmsilçisində qalmaq qərarına gəlib.

LiderXəbər xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı komandalarından gələn təklifləri rədd edib. O, müqaviləsi başa çatana qədər - 2024-cü ilin yayınadək "kral klubu"nun formasını geyinmək istəyir.

Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"da oynayır. Fransalı forvard indiyədək bu komanda ilə 24 kubok qazanıb. O, 2022-ci ildə "Qızıl top"a layiq görülüb.