Pressa.az » İdman » "Fənərbağça"nın əsas qapıçısı əməliyyat olunacaq

"Fənərbağça"nın əsas qapıçısı əməliyyat olunacaq

17 aprel 2023, Bazar ertəsi, 12:11
"Fənərbağça"nın əsas qapıçısı əməliyyat olunacaq

Türkiyənin "Fənərbağça" klubunun əsas qapıçısı Altay Bayındır əməliyyat olunacaq.

LiderXəbər İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper belindən cərrahi müdaxiləyə ehtiyac duyacaq.

Buna oyunçunun ağrılarının artması səbəb olub.

Qeyd edək ki, Altay Bayındır cari mövsüm "Fənərbağça"nın heyətində 38 matçda iştirak edib.