Pressa.az » İdman » "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb

17 yanvar 2023, Çərşənbə axşamı, 05:53
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.

Bu barədə LiderXəbər-ə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb: "Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq".

Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.