"Beşiktaş" onu birdəfəlik aldı
"Beşiktaş" "Vest Hem"dən bu mövsümün əvvəli icarəyə götürdüyü Fuka-Arthur Masuaku Kavelanı birdəfəlik alıb.
LiderXəbər klubun saytına istinadən xəbər verir ki, bunun üçün İstanbul təmsilçisi 2 milyon avro təzminat ödəyib. 29 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fuka-Arthur Masuaku Kavela bu mövsüm 27 oyunda 2 qol vurub, 4 qolun ötürməsini verib.