Azərbaycanda elektrik enerjisi istehsalı 4 faiz artıb
Ötən il ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 milyard 113,2 milyon kVt/s, yəni 4 faiz artaraq 28 milyard 988,5 milyon kVt/s olub.
LiderXəbər Energetika Nazirliyinə istinadla xəbər verir ki, hesabat dövründə 2021-ci ilə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 785,1 milnyon kVt/s artaraq 27 milyard 43,3 milyon kVt/s, SES-lərdə 318,5 milyon KVt/s artaraq 1 milyard 595,7 milyon kVt/s təşkil edib. Digər mənbələr (KES, GES və BMTZ) üzrə isə elektrik enerjisinin istehsalı 349,5 milyon kVt/s olub. On iki ay ərzində KES-lərdə 83,3 milyon. KVt/s, GES-lərdə 60,9 milyon kVt/s, BMTZ-da isə 205,3 milyon kVt/s elektrik enerjisi istehsal edilib.
Keçən il ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 milyard 186,9 milyon kVt/s (İES-lərdə 24 milyard 708,2 milyon. KVt/s, SES-lərdə 1 milyard 478,7 milyon kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 474,8 milyon kVt/s (İES-lərdə 315,84 milyon. kVt/s, SES-lərdə 102,52 milyon. kVt/s, GES-də 56,41 milyon. kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 62,6 milyon kVt/s, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 264,2 milyon. kVt/s təşkil edib.
İl ərzində elektrik enerjisinin idxalı 137,1 milyon kVt/s, ixrac isə 3 milyard 3,8 milyon kVt/s olub.