"Real"ın futbolçusu sərt qaydada cəzalandırıla bilər
"Real"ın yarımmüdafiəçisi Federiko Valverde "Vilyarreal"ın futbolçusu Aleks Baenaya hücum etdiyi üçün sərt qaydada cəzalandırıla bilər.
LiderXəbər xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı yarımmüdafiəçinin La Liqanın 28-ci turunda “Vilyarreal”la matçdan sonra rəqibin oyunçusu Aleks Baenanı vurmuşdu. 24 yaşlı futbolçunun hərəkəti ilə bağlı iş İspaniya Kral Futbol Federasiyasının İdman Yarışları Komitəsinə verilib. Bildirilir ki, Valverde minimum 4, maksimum isə 12 matçlıq diskvalifikasiya cəzası alacaq.
Xatırladaq ki, Baena Valverdeyə qarşı polisə şikayət etmək, ifadə yazmaq qərarına gəlib.
Oxşar Xəbərlər:
17 aprel 2023, Bazar ertəsi
"Formula 1"-in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın 2-dən bərpa olunacaq
17 aprel 2023, Bazar ertəsi
Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz seriyaları açıqlanıb