Pressa.az » İdman » Kadi oyun zamanı huşunu itirdi

Kadi oyun zamanı huşunu itirdi

25 aprel 2023, Çərşənbə axşamı, 06:59
Kadi oyun zamanı huşunu itirdi

Bu gün Rusiya Premyer Liqasının 24-cü turunda "Spartak"la oyunda zədələnən "Krasnodar"ın futbolçusu Kadi Borgesin son durumuna aydınlıq gəlib.

LiderXəbər xəbər verir ki, matçın gedişatında xəstəxanaya aparılan braziliyalı yarımmüdafiəçinin üz sümüyünün qırıldığı ehtimal olunur.

Xatırladaq ki, oyun zamanı rəqib futbolçusu ilə toqquşan "Qarabağ"ın sabiq futbolçusu yerə yıxılaraq huşunu itirib. Dili qatlanan futbolçuya ilk yardımı rəqibin kapitanı Georgi Cikia edib.

Qeyd edək ki, Kadi bu mövsüm Rusiya Premyer Liqasında 7 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.