"Qalatasaray" transferləri davam etdirmək NİYYƏTİNDƏ: Adlar da məlumdur

Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsi bağlanmadan heyətini daha iki futbolçu ilə gücləndirmək niyyətindədir.
Liderxeber.az "SporX"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Trabzonspor" klubunun futbolçusu Eren Elmalı üçün 4.5 milyon avro, "Lens" klubunun oyunçusu Pzemislav Frankovski üçün isə 5 milyon avroluq təklif göndərib.
"Qalatasaray" klubu futbolçuların keçidini ən qısa zamanda tamamlamaq niyyətindədir.
Qeyd edək ki, "Qalatasaray" daha öncə "Milan"dan Alavro Moratanı, "Genk"dən isə Karlos Kuestanı heyətinə cəlb edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 iyun 2024, Cümə axşamı
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb