“Azeri Light” 78 dollara satılır
Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.
LiderXəbər xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.14 ABŞ dolları və ya 0.18% artaraq, 78.18 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.