Rusiyadan Türkiyəyə gələn turistlərin sayı azalıb
Rusiyadan Türkiyəyə gələn turistlərin sayında azalma olub.
LiderXəbər xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, 2022-ci ildə Rusiyadan Türkiyəyə 5,2 milyon nəfər turist gəlib. Amma bu il mayın 1-də Rusiyadan gözlənilən turist sayında azalma olub.
O, bunun səbəblərini də açıqlayıb. "Müharibədən sonra ruslar arasında qorxu yarandı. Bunu Avropada yaşatdılar. Dərhal hava məkanı bağlandı və s. Həmin vaxt “Türk Hava Yolları” (THY) olmasaydı, Avropadakı ruslar ölkəyə qayıda bilməyəcəkdilər", - Çavuşoğlu deyib.
“Əslində THY-də yer tapa bilmədiklərinə görə uzun müddət qalmalı oldular. Bir ölkə rəhbərliyinə, alimlər və sənətçilər də daxil olmaqla çox təhqiredici rəftarlar sərgilədilər”, - nazir deyib.
Onun sözlərinə görə, seçki zamanı həyatın davam edib və diplomatiyanın da davam etməsi lazımdır. Çavuşoğlu taxıl müqaviləsi çərçivəsində 950-dən çox gəmi ilə 30 milyon tondan çox taxıl daşındığını xatırladıb.