Pressa.az » İqtisadiyyat » Dünya bazarında neft cüzi bahalaşıb

Dünya bazarında neft cüzi bahalaşıb

13 iyun 2023, Çərşənbə axşamı, 10:59
Dünya bazarında neft cüzi bahalaşıb

Dünya bazarında neft qiymətləri ABŞ dollarının zəifləməsi fonunda artıb.

LiderXəbər birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 0,72 % və ya 0,52 ABŞ dolları bahalaşaraq 1 bareli 72,36 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti 0,57 % və ya 0,38 ABŞ dolları artaraq 1 bareli 67,5 ABŞ dollarına satılıb.

Qeyd edək ki, ABŞ dollarının digər 6 əsas dünya valyutası qarşısında dəyərini göstərən DXY indeksi ticarət zamanı 0,2 % ucuzlaşıb. Bu da neftin digər valyuta sahibləri üçün cəlbediciliyini artırır.

Xatırladaq ki, iyunun 13-14-də ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclası keçiriləcək. FED-in sərt pul-kredit siyasətinə fasilə verəcəyi proqnozlaşdırılır.

Oxşar Xəbərlər: