Pressa.az » İqtisadiyyat » Gələn ay torpaq və əmlak hərracı keçiriləcək

Gələn ay torpaq və əmlak hərracı keçiriləcək

27 oktyabr 2025, Bazar ertəsi, 14:56
Gələn ay torpaq və əmlak hərracı keçiriləcək

Noyabrın 26-da ölkənin müxtəlif yerlərində torpaq müsabiqə və hərracları baş tutacaq.

Liderxeber.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, müxtəlif bölgələrdə kənd təsərrüfatı təyinatlı torpaqlar, fərdi yaşayış evlərinin sahələri və sahibkarlıq məqsədli torpaqlar hərraca çıxarılacaq.

Hərrac və müsabiqələrdə ümumilikdə 21 obyekt təqdim olunub.

Ən bahalı obyekt Qəbələ rayonunun Həmzəli kəndində yerləşən 1 200 kv.m sahəsi olan fərdi yaşayış evidir. Evin satış qiyməti 15 min 600 manatdır.

Müsabiqə və hərraclara çıxarılan obyektləri təqdim edirik:

  • Mingəçevir şəhəri: 150 kv.m torpaq icarəyə veriləcək (20 il), hərracın ilkin qiyməti 1 500 manat, sahibkarlıq məqsədli torpaq;

  • Yevlax rayonu, Qaraməmmədli kəndi: 10 ha torpaq icarəyə verilir (15 il), hərracın ilkin qiyməti 1 070 manat, heyvandarlıq məqsədli;

  • Sabirabad rayonu, Qaralar bələdiyyəsi: müxtəlif kəndlərdə ümumilikdə 167 ha torpaq icarəyə çıxarılıb, hərrac qiymətləri 2 759-5 785 manat arasında dəyişir, kənd təsərrüfatı məqsədli;

  • Ağdam rayonu, Quzanlı bələdiyyəsi: 804 kv.m fərdi yaşayış evi satılır, satış qiyməti 4 824 manat;

  • Tərtər rayonu, Qaradağlı bələdiyyəsi: 400 kv.m fərdi yaşayış evi satılır, satış qiyməti 4 000 manat;

  • Goranboy və Şəmkir rayonları: torpaqların sahəsi 4-12 ha arasında dəyişir, icarə müddəti 15-20 il, əkinçilik və kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub;

  • Ağstafa rayonu, Dağ Kəsəmən kəndi: 2.4-16.9 ha torpaqlar icarəyə verilir, hərrac qiymətləri 264-1 853.50 manat arasında dəyişir, kənd təsərrüfatı məhsullarının istehsalı üçün;

  • Masallı, Ağsu, Şəki və Qəbələ rayonları: 27-1 200 kv.m torpaqlar hərrac və satışa çıxarılıb.