Pressa.az » İqtisadiyyat » Azərbaycanla ticarət edən ölkələrin sayı 175-ə çatdı: On ayda 2746 məhsul ixrac olunub

Azərbaycanla ticarət edən ölkələrin sayı 175-ə çatdı: On ayda 2746 məhsul ixrac olunub

17 noyabr 2025, Bazar ertəsi, 17:09
Azərbaycanla ticarət edən ölkələrin sayı 175-ə çatdı: On ayda 2746 məhsul ixrac olunub

2025-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 40 milyard 862.04 milyon dollar təşkil edib. Bunun 21 milyard 636.82 milyon dolları ixracın, 19 milyard 225.23 milyon dolları idxalın payına düşür.

Nəticədə xarici ticarət saldosu 2 milyard 411.59 milyon dollar təşkil edib.

Liderxeber.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanla ticarət edən xarici ölkələrin sayı 175, xarici ticarət iştirakçılarının sayı 63 388 təşkil edib. Bunlardan fiziki şəxslər üzrə 52 595, hüquqi şəxslər üzrə 10 793 iştirakçı olub. Hüquqi şəxslərin 177-si dövlət sektoru, 10 616-sı isə özəl sektora aiddir.

Bu dövrdə idxal olunan malların çeşidlərinin sayı 7583 ədəd olub.

İdxalın sektorlara görə payı belədir: dövlət sektoru 6 milyard 200092 milyon dollar (32.25%), özəl sektor 11 milyard 237290.59 milyon dollar (58.45%), fiziki şəxslər 1 milyard 787843.08 milyon dollar (9.30%).

Ölkə qrupları üzrə idxal payı belədir: MDB ölkələri 4 milyard 804710.66 milyon dollar (24.99%), Avropa İttifaqı ölkələri 2 milyard 318317.76 milyon dollar (12.06%), digər ölkələr 12 milyard 102.97.25 milyon dollar (62.95%).

Hesabat dövründə 32 milyon 686.35 min dollar humanitar yük, təmənnasız kömək və texniki yardım, 1 milyard 351105.69 milyon dollar yüksək texnologiyalar məhsulları isə idxal olunub.

İxrac olunan malların çeşidlərinin sayı 2 746 ədəd olub. İxracın sektorlara görə payı: dövlət sektoru 9 milyard 722815.52 milyon dollar (44.94%), özəl sektor 11 milyard 805652.75 milyon dollar (54.56%), fiziki şəxslər 108348.29 min dollar (0.50%).

Ölkə qrupları üzrə ixrac belə olub: MDB ölkələri 1 milyard 462.171.76 milyon dollar (6.76%), Avropa İttifaqı ölkələri 15 milyard 59992.46 milyon dollar (69.60%), digər ölkələr 5 milyard 114652.33 milyon dollar (23.64%).

Qeyri-neft sektoru üzrə ixracın həcmi 2 milyard 987815.01 milyon dollar (13.81%), humanitar yük və təmənnasız kömək 3 milyon 390.11 min dollar, yüksək texnologiyalar məhsulları isə 32 milyon 653.87 min dollar olub.