İşdən çıxarılan məmura yeni vəzifə verdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verilib.
Liderxeber.az Manset.az-a istinadən xəbər verir ki, AAYDA-nın yeni təyin olunan sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Hüsnü Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Hüsnü Quliyev Prezidentin sərəncamı ilə ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib.
Oxşar Xəbərlər:
14 may 2026, Cümə axşamı
Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
