Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşüb
Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə cari makroiqtisadi mühit, bank sektorunun 2026-cı ilin ilk yarımili üzrə inkişaf dinamikası, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
Görüşdə bank sektorunun strateji hədəfləri, həmçinin sektorun dayanıqlılığının artırılmasına xidmət edəcək tənzimləmə və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi üzrə prioritet istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
