Pressa.az » İqtisadiyyat » Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

10 avqust 2026, Bazar ertəsi, 11:53
Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 28 yeni domen verilib.

Liderxeber.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə (Dövlət CERT) istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 249 yeni subdomen də verilib. Bu isə illik müqayisədə 59 faiz artım deməkdir.

Təkcə iyul ayında dövlət qurumlarının istifadəsinə 5 domen və 38 subdomen verilib. Bu göstəricilər ötən ilin iyul ayı ilə müqayisədə müvafiq olaraq 67 faiz və 41 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci il ərzində dövlət qurumlarının istifadəsinə 65 yeni domen və 285 yeni subdomen verilib.