Pressa.az » İqtisadiyyat » Azərbaycanda kompüter istehsalı azalıb

Azərbaycanda kompüter istehsalı azalıb

07 yanvar 2023, Şənbə, 16:24
Azərbaycanda kompüter istehsalı azalıb
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-noyabr aylarında 200,3 milyon manatlıq məhsul istehsal olunub.
 
Bu barədə LiderXəbər-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 37,1 faiz artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 1,2 faiz azalıb.
 
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə artmış, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 41,2 faiz azalıb.