Pressa.az » İqtisadiyyat » Humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək

Humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək

02 noyabr 2023, Cümə axşamı, 11:26
Humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək

Humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.

LiderXəbər-in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində qanunla qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.