Avtobusların hərəkət sürətinin artırılması üçün ayrılmış zolaqlar şəbəkəsi hazırlanır
Avtobusların hərəkət sürətinin artırılması üçün ayrılmış zolaqlar şəbəkəsi hazırlanır. Bakıda ilk ayrılmış xətlər hərəkət müddətinin 24 faiz azaldığını göstərdi. Atatürk prospekti üzrə hərəkət müddəti -28 faiz qısaldıldı, artırılmış orta sürət isə +41 faiz olub.
LiderXəbər-in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
A.Rzayev qeyd edib ki, Rəşid Behbudov küçəsi üzrə hərəkət müddəti -38 faiz qısaldılıb, artırılmış orta sürət isə +60 % olub: "Bundan başqa, Q.Qarayev prospekti, "Koroğlu" metrostansiyası, Məhəmməd Hadi küçəsi üzrə qısaldılmış hərəkət müddəti -16 faiz, artırılmış orta sürət isə +20 faiz olub. M.Useynov küçəsi üzrə qısaldılmış hərəkət müddəti -44%, artırılmış orta sürət isə +129% olub".
"Ə.Rəcəbli küçəsi üzrə qısaldılmış hərəkət müddəti -10%, artırılmış orta sürət isə +12% olub", - deyə o vurğulayıb.