Əmtəə bazarlarında qızılın qiyməti 2 100 dolları ötüb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,05% artaraq 2 127,4 ABŞ dollarına bərabər olub.
LiderXəbər birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,18% artaraq 24,04 dollar təşkil edib.