Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar ləğv olunur
Gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur.
Liderxəbər-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Buna uyğun olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv olunub.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar Xəbərlər:
17 fevral 2023, Cümə
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
24 yanvar 2023, Çərşənbə axşamı
Parlament “Lombardlar haqqında” və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihələrini qəbul edəcək