Azərbaycanda ixrac edilən qazın həcmi 8,5 mlrd. kubmetrə çatıb
Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 9,6 mln. ton, ixraca nəql edilən həcmlər isə 7,9 mln. ton olub.
LiderXəbər.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Bu dövrdə 500 mln.m3 artımla hasil edilmiş 16,7 mlrd.m3 qazın 8,5 mlrd.m3-i ixrac olunub.
Qeyd edilib ki, yanvar-aprel aylarında Avropaya 4,2 mlrd. kubmetr, Türkiyəyə 3,2 mlrd. kubmetr, Gürcüstana isə 1,1 mlrd. kubmetrqaz ixrac olunub.
“Bu dövrdə TANAP-la Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur”, - paylaşımda bildirilir.
Oxşar Xəbərlər:
16 yanvar 2024, Çərşənbə axşamı
Qazaxıstan Bakı-Supsa kəməri ilə 3 mln. tonadək nefti nəql etmək marağındadır
10 yanvar 2024, Çərşənbə
ABŞ gələn il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb