Pressa.az » İqtisadiyyat » Azərbaycanda könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 75% artıb

Azərbaycanda könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 75% artıb

27 fevral 2023, Bazar ertəsi, 10:00
Azərbaycanda könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 75% artıb

2023-ci ilin yanvar ayı ərzində Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 57 mln. 682.2 min manat təşkil edib.

Liderxəbər Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% və ya 559 min manat çoxdur. 2022-ci ilin yanvar ayı ərzində könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 57 mln. 123.2 min manat idi.

Hesabat dövründə könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 5 mln. 664.7 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 74.7% və ya 2 mln. 422 min manat çoxdur. Ötən ilin yanvar ayı ərzində bu sığorta növü üzrə ödənişlərin həcmi 3 mln. 242.3 min manata bərabər olub.

Sığorta ödənişlərinin artması könüll tibbi sığorta üzrə zərərliliyi 72% artırıb. Belə ki, 2022-ci ilin yanvar ayı ərzində sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 5.7 manatını ödənişə yönəltmişdirsə, carı ilin yanvar ayında bu rəqəm 9.8 manata bərabər olub.