Pressa.az » İqtisadiyyat » Azərbaycanın qeyri neft-qaz iqtisadiyyatı yanvarda 1,7 % artıb

Azərbaycanın qeyri neft-qaz iqtisadiyyatı yanvarda 1,7 % artıb

13 fevral 2023, Bazar ertəsi, 13:01
Azərbaycanın qeyri neft-qaz iqtisadiyyatı yanvarda 1,7 % artıb

Bu ilin yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 % az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

LiderXəbər xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 % artıb.

ÜDM istehsalının 52,8 %-i sənaye, 9,5 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,2 %-i tikinti, 2,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 %-i informasiya və rabitə, 1,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.