Neftimizin qiyməti 84 dolları ötdü
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Liderxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 ABŞ dolları və ya 1,72% artaraq 84,04 ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, ötən gün neftimiz 82,62 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar təşkil edib.