Pressa.az » İqtisadiyyat » Respublika Toxumçularının II Forumu keçiriləcək

Respublika Toxumçularının II Forumu keçiriləcək

18 sentyabr 2024, Çərşənbə, 11:56
Respublika Toxumçularının II Forumu keçiriləcək

Aqrar İnnovasiya Mərkəzinin və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-də Masallı rayonunda Respublika Toxumçularının II Forumu keçiriləcək.

Bu barədə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, forumun keçirilməsində məqsəd toxumçuluğu elmi əsaslarla inkişaf etdirmək, toxumçuluq sisteminə dövlət nəzarəti, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən faydalanmaq, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də özəl toxumçuluğun inkişaf perspektivləri və bu sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etməkdir.

Forumda toxumçuluğun inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə,  toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.

M.Əliyeva əlavə edib ki, payız əkini öncəsi fermerlərin yüksəkkeyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir. Gələcək bol məhsulun əsası torpağa səpilən keyfiyyətli, yüksək reproduksiyalı toxumla qoyulur.

Report