Müdafiə Nazirliyi və "Azərsilah" memorandum imzalayıb
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Lidexeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə koordinasiyalı fəaliyyətlərin təşkili məqsədi daşıyır", məlumatda deyilir.
Oxşar Xəbərlər:
27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib
24 sentyabr 2024, Çərşənbə axşamı
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgilərin iştirakçılarına müraciət ünvanladı
24 sentyabr 2024, Çərşənbə axşamı
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub