Bərpa Olunan Enerji Məslələri Dövlət Agentliyinin rəhbərliyi “Masdar” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Məslələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə BƏƏ-nin “Masdar” şirkətinin Baş əməliyyat direktoru Abdulaziz Alobaidlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Liderxeber.az xəbər verir ki, görüşdə “Masdar” şirkəti tərəfindən icra olunacaq, ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihlərinin (Biləsuvar rayonunda 445 MVt, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası) icrası ilə bağlı müzakirələr aparılıb. Həmçinin görüş zamanı gələcək perspektivdə enerji saxlanc sistemlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
13 iyun 2024, Cümə axşamı
AREA: 1 000 MVt gücündə stansiyaların təməlinin qoyulması Azərbaycanın "yaşıl enerji" sahəsində bir ilkdir
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
04 iyun 2024, Çərşənbə axşamı
Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib