Boris Titov: "COP29-da karbon bazarlarının gələcəyi üçün iki saziş bağlandı"
"COP29 sammitində Azərbaycan karbon bazarlarını irəli aparan iki sazişin bağlanmasına nail olub".
Liderxeber.az-ın verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov NEWS.ru-ya bildirib.
O qeyd edib ki, Bakıdakı iqlim konfransının iştirakçıları Paris Sazişinin 15 il ərzində "ölü nöqtədə" qalan bəzi maddələrinə qayıdıblar.
"İndi isə bu, karbon bazarlarının başlanğıcıdır. Başqa məsələ ondan ibarətdir ki, hər bir ölkə öz modelini inkişaf etdirir. İcbari bazarın formalaşması üçün əsas yaranıb", - deyə Boris Titov sözlərini yekunlaşdırıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
10 iyul 2024, Çərşənbə
ADY və Mətbuat Şurasının birgə elan etdiyi media müsabiqəsinin qalibləri mükafatlandırıldı
25 iyun 2024, Çərşənbə axşamı
Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmir?