Neftin qiyməti kəskin bahalaşdı
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74 dollar həddini keçib.
Liderxeber.az xəbər verir ki, bu barədə "London ICE" birjasının ticarət məlumatları göstərib.
Noyabrın 11-dən bəri ilk dəfədir ki, qiymət bu səviyyədən yuxarıdır.
Məlumata görə, yanvar ayında çatdırılma üzrə "Brent" markalı neft fyuçerslərinin qiyməti 74,04 dollar (+1,74%) təşkil edib. Günün maksimum qiyməti isə 74,08 dollar olub.
Eyni zamanda, yanvar çatdırılmalı "WTI" markalı neft üzrə müqavilələr 70 dollar (+1,83%) səviyyəsində ticarət olunub. Bir anlıq fyuçers qiyməti 70,08 dollara qədər yüksəlib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
04 iyun 2024, Çərşənbə axşamı
Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib
23 oktyabr 2024, Çərşənbə
Dünyada qızılın bahalaşması Azərbaycanda alıcılıq qabiliyyətinə necə təsir edir?