Meyxanaçı Orxan Lökbatanlının ölüm xəbəri təkzib edildi
Bir neçə dəqiqə əvvəl tanınmış meyxanaçı Orxan Lökbatanlının vəfat etməsi barədə mətbuatda və sosial şəbəkələrdə xəbərlər yayılıb.
Liderxeber.az xəbər verir ki, meyxanaçının sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub.
Məlumatların doğru olmadığı bildirilib:
“Yalan xəbərdir. Orxan yaxşıdır, narahat olmayın”.
Qeyd edək ki, Orxan Lökbatanlı bir neçə gün öncə xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 aprel 2023, Cümə axşamı
Zərərli vərdişlərdən istifadəni təbliğ edən mahnıların siyahısı hazırlanıb - SİYAHI
