Füzuli teatrı mövsümü "Yaddaş" tanaşası ilə açıb
Füzuli Dövlət Dram Teatrı XXXIV mövsümünü A.Həsənoğlunun "Yaddaş" tamaşası ilə açıb.
LiderXəbər xəbər verir ki, tamaşadan öncə vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra A.Həsənoğlunun "Yaddaş" tamaşası Füzuli sakinlərinə, şəhid ailələrinə,qazilər və məktəblilərə nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa edir.
Tamaşa Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə həsr olunub. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.
Sonda xatirə şəkli çəkdirilib.