Gülbahar Şükürlü reanimasiyadadır
Əməkdar artist Gülbahar Şükürlünün səhhəti yenidən pisləşib və xəstəxanaya yerləşdirilib.
LiderXəbər xəbər verir ki, xərçəngdən əziyyət çəkən qarmon ifaçısı ilə bağlı “Elgizlə izlə” proqramında məlumat verilib.
Sənətçinin həkimi bildirib ki, G.Şükürlü hazırda reanimasiyadadır: “Onun həm bəd, həm də xoşxassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Bir neçə gün əvvəl pisləşdiyi üçün xəstəxanaya gətirildi. Koma vəziyyətində idi, durumdan çıxara bildik. Onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu yerindədir, danışa, reaksiya verə bilir”.
Qeyd edək ki, beynində şiş aşkarlanan G.Şükürlü bir neçə il əvvəl əməliyyat olunmuşdu. Bu yaxınlarda isə onun beynində yenidən törəmə aşkarlanıb.
Oxşar Xəbərlər:
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
26 oktyabr 2023, Cümə axşamı
Qaynaq və şellak etdirən xanımların diqqətinə! Dırnaqlarınız çürüyə bilər