Pressa.az » Mədəniyyət » Bizi birləşdirən mədəni əlaqələr

Bizi birləşdirən mədəni əlaqələr

13 noyabr 2023, Bazar ertəsi, 17:48
Bizi birləşdirən mədəni əlaqələr

“ABAD” publik hüquqi şəxs və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiyalı sənətkar Takahaşi Maminin ənənəvi sənət texnikaları üzrə ustad dərsləri keçiriləcək.

LiderXəbər xəbər verir ki, Master-klas Kintsugi və Mokuhanga sənətlərinin nümayişini özündə əks etdirəcək. Kintsugi sənəti qırılmış əşyaların, keramika qablarının qızıl tozundan istifadə edərək birləşdirilməsi və əvvəlkindən daha gözəl hala gətirilməsi sənətidir. Dərin fəlsəfi anlam daşıyan sənət növü qüsurların mükəmməlliyini kəşf etmək, qırılmanın əslində bir son deyil, yenidən mövcud olma, yeni həyata bir başlanğıc ola biləcəyini göstərir.

Mokuhanqa isə ənənəvi yapon taxta blok çapı sənəti olub, su əsaslı xüsusi boyalardan istifadə olunan ksiloqrafiya sənətidir. Bu, eyni zamanda məşhur yapon qravür sənəti “Ukiyo”-nun da əsasında duran incəsənət növüdür. Qərb dünyasında istifadə olunan taxta blok çapından fərqli olaraq, yağlı boyalardan deyil, məhz su əsaslı təbii boyalardan istifadə olunur və çoxsaylı rəng seçimi vardır.

Ustad dərsləri “ABAD”çılar və digər həvəskarlar üçün 17 noyabr 2023-cü il, saat 19:00-da, 7 Saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Konfrans Zalında baş tutacaq.

Qeyd edək ki, iştirak üçün onlayn qeydiyyat mütləqdir. Qeydiyyat üçün aşağıda göstərilən linkə müraciət ediə bilərsiniz.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfxumO_N1s8f8WFNdumxw3PVJlirRaGSt5S-_Jog7ZTe-S-IA/viewform