Füzuli teatrı “Qarınqulu ayı balası” tamaşasını azyaşlı tamaşaçılara təqdim edib
Bu gün Füzuli Dövlət Dram Teatrında 2024-cü ilin repertuarında olan Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında hazırlanmış “Qarınqulu ayı balası” tamaşası azyaşlı tamaşaçılara təqdim olunub.
Liderxeber.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.
Səhnə əsərinin əsas ideyası sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.
Tamaşada rolları Vüqar Babayev, Sevinc Məmmədova,Sahilə Abbasova,Emin Abışov, Şəbnəm Baxışova, Aygün Cəfərova, Gülnar Quliyeva, Vüqar İsmayılov, Vüsal Həsənov ifa edib.