Pressa.az » Mədəniyyət » Hacı Şahin Həsənli ilə bağlı yeni film çəkilib

Hacı Şahin Həsənli ilə bağlı yeni film çəkilib

24 may 2024, Cümə, 16:25
Hacı Şahin Həsənli ilə bağlı yeni film çəkilib

"Qaçan Atlar Production" -ın ərsəyə gətirdiyi "Dünyada Bir Gün" qısa filmlər layihəsi çərçivəsində Hacı Şahin Həsənli ilə bağlı film təqdimatı keçirilib. Filmin ssenari müəllifi və rejissoru Natiq Axunddur.

Azərbaycan kinoteatrında keçirilən təqdimat gecəsində ölkənin tanınmış şəxsləri, ictimai və siyasi xadimlər, incəsənət nümayəndələri iştirak edib.

Filmdə bir cahil sürücü Hacı Şahinin qəbrinin ziyarətinə gedən müştəriləri yoldan götürür. Yolboyu sürücü əsəbi halda danışır, hirslənir, avtomobili sürətlə idarə edir və s. Söhbət əsnasında Hacı Şahinlə bağlı mövzu açılır. Beləliklə sürücü bu yolu cahil gedib, hidayət olunmuş kimi qayıdır.

Filmin süjet xətti Hacı Şahinin günahkar bəndələrin hidayətinə vəsilə olmasıdır.

Film tezliklə geniş kütləyə təqdim olunacaq.