Sezen Aksu zəlzələlərin ən çox ziyan vurduğu Hataya gedib - FOTO
Türkiyə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələlərdən sonra sürətlə bərpa olunur. Fəlakət nəticəsində 11 vilayət ciddi zərər çəkmişdi. Hatay bu vilayətlər arasında ən böyük dağıntının yaşandığı bölgələrdən biridir. Bu çərçivədə ictimai xadimlər, eləcə də incəsənət nümayəndələri zəlzələ bölgəsini ziyarət edirlər.
LiderXəbər Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan biri də məşhur müğənni Sezen Aksu olub.
Sənətçi orada həm rəsmilərdən bölgədə görülən işlər barədə məlumat alıb, həm də zəlzələdən zərərçəkənlərin problemlərini dinləyərək onlara dəstək olub.
S. Aksu sakinlərlə şəkillər çəkdirərək sosial şəbəkə hesabında paylaşıb.