Pressa.az » Mədəniyyət » 2025-ci ildə "Avroviziya" müsabiqəsini qəbul edəcək şəhərin adı məlum oldu

2025-ci ildə "Avroviziya" müsabiqəsini qəbul edəcək şəhərin adı məlum oldu

30 avqust 2024, Cümə, 14:46
2025-ci ildə "Avroviziya" müsabiqəsini qəbul edəcək şəhərin adı məlum oldu

Beynəlxalq "Avroviziya" mahnı müsabiqəsi 2025-ci ilin may ayında İsveçrənin Bazel şəhərində keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında dərc edilib. Məlumata görə, "Avroviziya-2025" mahnı müsabiqəsinin yarımfinalları mayın 13-ü və 15-də, finalı isə mayın 17-də keçiriləcək.

Qeyd edək ki, "Avroviziya" mahnı müsabiqəsinin sonuncu qalibi İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) olub.