Pressa.az » Mədəniyyət » Füzuli Dövlət Dram Teatrı XXXV mövsümü açıb

Füzuli Dövlət Dram Teatrı XXXV mövsümü açıb

21 sentyabr 2024, Şənbə, 13:52
Füzuli Dövlət Dram Teatrı XXXV mövsümü açıb

Füzuli Dövlət Dram Teatrı XXXV mövsümünü F.Mustafanın "Adsız" tamaşası ilə açıb.

Liderxeber.az xəbər verir ki, tamaşadan əvvəl mövsüm açılışı ilə əlaqədar iclas keçirilib. İclası teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq bütün kollektivi növbəti mövsüm açılışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, "Adsız" tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

"Adsız" fiziki cəhətdən qüsurlu, yəni lal-kar lakin zəngin, saf mənəviyyata malik bir gəncdir. Həyatdan bir növ təcrid olunmuş bu kimi insanlara müxtəlif münasibətlər var.

Tamaşanın əsas mövzusu insanların günahı kənarda deyil, öz içində axtarması ideyasına xidmət edir.

Tamaşada rolları Vüqar Babayev, Xurşud Babayeva, İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov ifa edib.