Okhatan Neo qrupunun üzvləri "Şah İsmayılın həyatı" adlı kitabın müəllifi ilə görüşüb

Okhatan Neo qrupunun üzvləri "Şah İsmayılın həyatı" adlı kitabın müəllifi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovla görüşüb.
Pressa.az xəbər verir ki, görüşdə kitabla bağlı geniş müzakirəklər aparılıb. Müəllif əsərdə şahın həyatını və fəaliyyətini qələmə aldığını bildirib. Bunun üçün isə iki əsərə, “Fütuhati-şahi” və “Həbibüs-siyər” -ə müraciət edib. Şah İsmayıl Xətai və onun dövrünün araşdırılması, eyni zamanda tədqiqatı ilə məşğul olan Okhatan Neo qrupu isə tədqiqatlar nəticəsində əldə etdikləri bir çox faktları yazarla bölüşüblər. Daha sonra qrup S.Bağırovu "Sənaye nümunəsi” patenti almış oxçu üzükləri ilə tanış edib. Üzüklər və digər sənət nümunələrini yazar böyük diqqətlə qarşılayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

16 may 2024, Cümə axşamı
Şah İsmayıl Xətainin fəaliyyəti və yaradıcılığına dair elmi sessiya keçirilib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

20 fevral 2024, Çərşənbə axşamı
AMEA-nın elmi işçisi Samid Bağırov tərəfindən “Əl-tac fi əxlaq əl-mülük” əsəri tərcümə edilib